"Neftçi" futbolçusu ilə müqaviləni yenilədi

“Neftçi” klubu, müdafiəçi Anton Krivotsyukla müqavilənin müddətini uzadıb.

Sportline.az  paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu,  2022-ci il mayın 31-dək komandanın formasını geyinəcək.

Qeyd edək ki, Krivotsyuk, bu mövsüm 24 oyunda meydana çıxıb və 4 qol vurub.