"Neftçi" futbolçusuna qovuşdu

"Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli komandaya qayıdıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin "Səbail” klubu ilə icarə müqaviləsi başa çatıb.

Növbəti mövsümün hazırlığını "ağ-qaralar"ın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində "Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.