"Neftçi" "İnter"ə məğlub oldu

"Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” "İnter”in əvəzedici heyəti ilə qarşılaşıblar.

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüşdə ev sahibləri uduzublar – 1:2.

"Neftçi”nin heyətində Kənan Mirzəliyev fərqlənib.