"Neftçi" İqor Ribeyronu təqdim edib
"Neftçi" İqor Ribeyronun transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
"5" nömrəli formanı geyinəcək futbolçu artıq komanda ilə məşqlərə də qoşulub.