"Neftçi" İsrailə yollanıb

Avropa Liqasının III təsnifat mərhələsində "Bney Yehuda" iləgörüşəcək "Neftçi" komandası İsrailə yola düşüb.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" bu gün səhər Bakını tərk ediblər.

Roberto Bordinin komandası axşam saatlarında matçın keçiriləcəyi Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda son məşqə  çıxacaq.

Qeyd edək ki, "Bney Yehuda" - "Neftçi" oyunu sabah Bakı vaxtı ilə 21:00-da başlanacaq. Bakıdakı görüş  2:2 hesabı ilə başa çatmışdı.