"Neftçi" legioneri ilə vidalaşdı

"Neftçi”də növbəti ayrılıq baş verib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

28 yaşlı futbolçu "Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.