"Neftçi" növbəti mərhələyə evdə, "Qəbələ" ilə "Kəpəz" səfərdə başlayacaq
Avropa Liqasını 2-ci təsnifat mərhələsinin oyunları iyulun 14-ü və 21-də keçiriləcək. SportLine.az xəbər verir ki, “Samtrediya”nı mübarizədən kənarlaşdıran “Qəbələ” Macarıstan “MTK”-sıyla ilk oyunu səfərdə keçirəcək. 16 illik fasilədən sonra Avrokuboklara dönüşünü uğurla qeyd edən “Kəpəz” də Avstriya “Admira”sıyla ilk qarşılaşmaya rəqib meydanında çıxacaq. “Neftçi” isə, Makedoniyanın “Şkendiya” komandası ilə ilk görüşü Bakıda keçirəcək.