"Neftçi" "Osiyek" komandası ilə qarşılaşacaq
"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Oyun Lendava stadionunda keçiriləcək.
Xatırladaq ki,Yuri Vernidubun komandası bunadək Serbiya "Partizan"ına 0:1, Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub, Serbiyanın "Radniçi NİŞ" komandasına isə 3:0 hesabı ilə qalib gəlib.