"Neftçi" qalib gəldi
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunu keçirilib.
Sportline.az xəbər verir ki, VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK və “Neftçi” üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan matç Pərviz Səmədəvun baş məşqçi olduğu komandanın 3:0 (25:18, 25:23, 25:18) qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Xarı bülbül" və "Murov" arasında bu gün keçirilməli olan turun və dövrənin son oyunu isə təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin Azərbaycan Voleybol Federasiyasının (AVF) yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub. Müraciətdə V turda oynanılmış “Xarı bülbül” - “Neftçi” görüşündə nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul edilməsi xahiş olunub.
Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul veriləcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 14 xalla "Murov" başçılıq edir. 9 xala malik “Xarı bülbül” ikinci, “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncu pillədir.