"Neftçi" Qara Qarayev mövzusuna son qoydu

“Neftçi” Qara Qarayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Qarayev “Neftçi”nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub.