"Neftçi" - "Qarabağ" duelinin biletləri satışda
Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb. SportLine.az "ağ-qaralar"ın saytına saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 1, VİP yerlər üçün isə 5 manatdır.
Biletləri 8-ci km qəsəbə stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, avqustun 11-də keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.