"Neftçi" "Qarabağ"a qarşı

Qəbələdə təlim-məşq toplanışı keçirən "Neftçi" iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" "Sumqayıt" və "Qarabağ"la qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisi ilə matç iyulun 26-da, Ağdam klubu ilə görüş iyulun 30-da keçiriləcək.

Hər iki oyun Qəbələ şəhər stadionunda təşkil olunacaq.