"Neftçi" - "Qəbələ" görüşünün vaxtı dəyişdirildi

"Neftçi”nin "Qəbələ” ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də oynanılacaq.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. "Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.
 
Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən "Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.