"Neftçi" qələbə qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan turun açılış matçı "Murov"la "Xarı bülbül" arasında olub. Görüş Fərid Cəlalovun baş məşqçi olduğu komandanın 3:0 (25:16, 25:22, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son oyununda isə "Neftçi" MOİK-i sınağa çəkib. Bu görüşdə isə Pərviz Səmədovun başçılıq etdiyi kollektiv qalib gəlib - 3:1 (25:23, 18:25, 25:13, 25:23).

Beləliklə, 9 turdan sonra "Murov" 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik "Xarı bülbül" ikinci, eyni xalı olan "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.