"Neftçi" Qriqorçukla yolları rəsmən ayırıb
"Neftçi" baş məşqçisi Roman Qriqorçukla yollarını rəsmən ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis cari mövsümün əvvəli paytaxt təmsilçisinin "sükanı arxasına" keçmişdi.
O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu ərzində "Neftçi"nin baş məşqçisi kimi 5 dəfə heç-heçəyə imza atıb, 4 görüşdə məğlub olub.