"Neftçi" - "Şkendiya" oyununun hakimləri bəlli oldu
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Şkendiya" oyununun hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, görüş belaruslu hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Sergey Sinkeviç olacaq. Ona Yevgeni Romanov və Vitali Malyutin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Viktor Şimusik olacaq.
Qeyd edək ki, "Neftçi" - "Şkendiya" oyunu iyulun 14-də keçiriləcək.