"Neftçi" Sumqayıtda xalsız qaldı

Bu gün Topaz Premyer Liqasında 4-cü turun daha bir oyunu keçiriləcək. SportLine.az xəbər verir ki, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.

Mövsümə uğursuz start verən "ağ-qaralar", səfər görüşündə azarkeşlərini sevindirək niyyətindədir. Paytaxt klubu bu oyunda qələbə qazanacağı təqdirdə, "Sumqayıt"ı qabaqlayacaq.

"Kimyaçılar" da meydana qələbə üçün çıxacaqlar. Samir Abbasovun komandası 3 xal əldə etməklə "İnter"ə çatacaq.


10 sentyabr 2017
TPL, 4-cü tur

“Sumqayıt” – “Neftçi” - 1:0
QOL: 
Amil Yunanov, 25/p. (1:0)

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu

Standings provided by Sofascore LiveScore