"Neftçi” xanımları təbrik etdi
"Neftçi” PFK-nın bazasında qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
SportLine.az xəbər verir ki, tədbirdə klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, futbolçular – Ruslan Abışov, Rəhman Hacıyev, Derlis Meza Kolli, Rəşad Əzizli, İlkin Qırtımov xanım əməkdaşlara və qızlardan ibarət U-13 komandamızın üzvlərinə təbrik və arzularını çatdırıb və hədiyyələr təqdim ediblər.
"Neftçi" PFK-nın məlumatı