"Neftçi"də daha bir ayrılıq
"Neftçi" futbol klubunun mətbuat katibi Mehman Rəsulovun klubla yolları ayrılıb. Sportline.az xəbər verir ki, onun sosial şəbəkədə paylaşdığı yazıda bildirilir:
Dəyərli həmkarlar, əziz azarkeşlər bu gündən mənim üçün "Neftçi" sərgüzəştləri başa çatdı. Bu müddətdə möhtəşəm kollektivlə çalışdım. Hər şeyə görə çox sağolun.
