"Neftçi"də daha bir yeni müqavilə

"Neftçi” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun yetirməsi Ömər Buludovla, gələn il mayın 31-də bitməli olan anlaşmanın müddəti daha 1 illiyə artırıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.