"Neftçi"də daha bir yeni müqavilə
"Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 il artırılıb.
20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.
Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atıb.