"Neftçi"də yeni müqavilə

"Neftçi” klubu daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb. Təcrübəli qolkiper 2021/2022-ci illər mövsümünün sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atıb.