"Neftçi"dən ayrılan futbolçu belə mesaj verdi
"Neftçi" ilə vidalaşan Soni Mustivar Azərbaycanı tərk edib.
Sportline.az xəbər verir ki, bu barədə 30 yaşlı haitili yarımmüdafiəçi "Instagram" hesabından bildirib.
Mustivar "Neftçi"yə təşəkkür etdiyini yazıb: "Bu, yaxşı vidalaşma deyil, tezliklə görüşəcəyik. Hamınıza, "Neftçi"yə təşəkkür edirəm".
Qeyd edək ki, 2018-ci ilin martında "Neftçi”yə transfer olunan Soni Mustivar, meydana çıxdığı 56 oyunda 3 qol vurub.