"Neftçi"dən Dario Federiko açıqlaması

"Klub olaraq hələ heç bir futbolçu haqqında qərar verməmişik".

Sportline.az xəbər verir ki, bunu "Report"a "Neftçi"nin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Dario Frederikonun klubdan ayrılmasına münasibət bildirərkən deyib. 

Klub rəsmisi 29 yaşlı braziliyalı yarımmüdafiəçinin "Neftçi" ilə müqaviləsinin davam etdiyini xatırladıb. Allahverdiyev son qərarı məhz klubun verəcəyini söyləyib: "Biz müqaviləyə görə, onu hansısa komandaya göndərmiriksə, deməli, komandada qalacaq". 

Qeyd edək ki, Dario Frederikonun "Neftçi" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.