"Neftçi"dən darmadağın
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Murov" klubunun zalında baş tutan görüşdə "Neftçi" "Exspress"lə üz-üzə gəlib gəlib.
Oyun "ağ-qaralar"ın 3:0 (25:20, 25:10, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hazırda “Exspress”, "Neftçi", MOİK və "Murov"un 3 xalı var, "Sərhədçi" isə xalsızdır