"Neftçi"dən inamlı qələbə

İyunun 21-də başlayacaq Premyer Liqaya hazırlıq çərçivəsində “Neftçi” klubu bu gün yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, “ağ-qaralar” “Keşlə” ilə qarşılaşın. Saat 18:00-da start götürən qarşılaşma "Bakcell Arena"da keçirilib və "Neftçi"nin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Matçı “CBC Sport” telekanalı canlı yayımlayıb.

Yoxlama oyunu

10 iyun

18:00 "Neftçi" – "Keşlə" 3:1
Qol: Emin Mahmudov, 10-pen. (1:0), 12 (2:0), Aleksandr Kristovao, 65 (2:1), Rəhman Hacıyev, 90+3 (3:1)