"Neftçi"dən transfer

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun "Facebook" səhifəsinə istinadla xəbər verir ki, paytaxt təmsilçisi Belçikanın "Lokeren" klubunun hücumçusu Yusuf Lavalı transfer edib.

22 yaşlı nigeriyalı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.