"Neftçili yay futbol düşərgəsi" tamamlandı
"Neftçi” PFK-nın "Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrupa yekun vurulub.
Sportline.az xəbər verir ki, AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” layihəsinin və "ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbirdə səhər proqramından sonra mükafatlandırma mərasimi baş tutub. Uşaqlara sertifikatları və hədiyyələri "Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov təqdim edib.
Qeyd edək ki, 9 gün ərzində davam etmiş "Neftçili Yay Futbol Düşərgəsi”ndə 100-dən çox uşaq iştirak edib.
























