"Neftçi"nin baş məşqçi məsələsinə aydınlıq gətirildi

"Neftçi" yoluna Vəli Qasımovla davam edəcək. SportLine.az klubun saytına istinadən vəbər verir ki, "Neftçi"nin  Müşahidə şurası belə qərara gəlib.  Vəli Qasımovun qarşısına əsas komandanın Premyer Liqanı ilk "3-lük"də bitirərək mükafatçılar siyahısına düşməsi və avrokuboklara vəsiqə qazanması vəzifələri qoyulub. Baş məşqçi komandanın nəticələrinə görə birbaşa məsuliyyət daşıyır. Bununla yanaşı, Müşahidə Şurası komandanın idman nəticələrinə görə, birbaşa məsuliyyət daşımır. Müşahidə Şurasının məsuliyyət dairəsinə klubun strategiyası, transfer siyasəti və idman prinsiplərinin təsdiqi daxildi. Həmçinin klubda fəaliyyət göstərən texniki komitənin işinin təkmilləşdirilməsi istiqamətində də işlər görüləcək.

 

 

Banner