"Neftçi"nin baş məşqçi postuna daha bir namizəd
Uğursuz çıxışla pərəstişkarlarını məyus edən "Neftçi"də baş məşqçi dəyişikliyi gündəmdədir.
Sportline.az xəbər verir ki, 9 oyundur qələbəyə həsrət qalan komandanın çalışdırıcısı Roman Qriqorçukun istefaya göndəriləcəyi gözlənilir.
Onun yerinə bir neçə mütəxəssisin namizəd olduğu bildirilir.
Onlardan biri də, beloruslu Viktor Qonçarenkodur. Bu haqda "Legalbet" məlumat yaymışdı.
Mövzunu davam etdirən Rusiya mətbuatı bu xəbərin hələ də gündəmdə olduğu qənaətindədir.
Amma, paytaxt klubu tərəfindən bu informasiya təkzib olunub.
Qeyd edək ki, daha çox BATE, "Krasnodar" və ÇSKA-dakı fəaliyyəti ilə tanınan Qonçarenkonun son iş yeri "Ural" klubu olub.