"Neftçi"nin futbolçuları millidə

“Neftçi”nin futbolçularından Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.

Sportline.az xəbər verir ki, Lebonun komandası oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.

Kuçun şərəfini qoruduğu yığma isə UEFA Millətlər Liqasında oktyabrın 11-də Türkiyə, 14-də Uels ilə qarşılaşacaq.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro yığmasında 7 matçda 3 qol vurub.