"Neftçi"nin futbolçusuna qeyri-adi təbrik
Yaponiyalı kosmonavt Soiti Noquti "Neftçi"nin yeni transferi Keysuke Hondanı Azərbaycan klubuna keçməsi münasibəti ilə təbrik edib.
Sportline.az xəbər verir ki, bu barədə 55 yaşlı astronavt və aviasiya mühəndisi özünün "Tvitter" hesabında yazıb.
Noquti Bakının kosmosdan görüntüsünü paylaşıb və həmyerlisinə uğurlar arzulayıb.
35 yaşlı yarımmüdafiəçi həmin mesajı paylaşaraq belə cavablandırıb: "Mən kosmosdan xüsusi məlumat aldım. Sən bizim arzumuzsan. Yeri gəlmişkən, bəs Azərbaycan haradadır?".
Qeyd edək ki, K.Honda dünən "Neftçi" ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.
