"Neftçi"nin futbolçusuna Serbiya millisindən hədiyyə
"Neftçi" klubunun futbolçusu Mamadu Mboc 2022-ci il dünya çempionatının seçmə oyunu üçün Bakıda səfərdə olan Serbiya millisinin düşərgəsini ziyarət edib.
Sportline.az xəbər verir ki, 28 yaşlı seneqallı müdafiəçi sabiq komanda yoldaşı Marko Qruiçlə görüşüb. İcarə əsasında Portuqaliya klubu "Portu"da çıxış edən 25 yaşlı yarımmüdafiəçi Mboca yığmadakı formasını hədiyyə edib. Mboc bununla bağlı şəxsi instaqram hesabında foto paylaşıb və sabiq komanda yoldaşına təşəkkür edib.
Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın formasını geyinib. Marko Qruiç isə bu klubun yetirməsidir və 2013 - 2016-cı illərdə əsas komanda oynayıb. Serbiyalı oyunçu müqavilə İngiltərənin "Liverpul" klubuna məxsusdur.
Bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.