"Neftçi"nin legioneri: "Azərbaycan futbolunda şərtlər daha yaxşıdır"

"Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir".

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Bruno Teluşi "Panoramasport" nəşrinə açıqlamasında Azərbaycan futbolunun səviyyəsi barədə danışarkən deyib.

Albaniyalı yarımmüdafiəçi bildirib ki, iki ölkə futbolu arasındakı fərqin müxtəlif səbəbləri var: "Burada futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır".

Qeyd edək ki, ötən ilin oktyabrından "Neftçi"də çıxış edən 30 yaşlı oyunçunun "ağ-qaralar"la müqaviləsi cari mövsümün sonunadəkdir.