"Neftçi"nin sabiq futbolçusu dünyasını dəyişib

"Neftçi"nin sabiq futbolçusu Valeri Ogirçuk 63 yaşında vəfat edib.

Sportline.az xəbər verir ki, keçmiş müdafiəçi yolda gedərkən infarkt keçirib və dünyasını dəyişib.

Qeyd edək ki, Valeri Ogirçuk 1958-ci ildə Bakıda anadan olub.

O, 1976 - 1980-ci illərdə "Neftçi"nin formasını geyinib. Bir müddət hakim işləyən veteran futbolçu son olaraq Rusiyanın Tomsk şəhərində futbol akademiyasında çalışırdı.