Nəriman Abbasovun toyundan görüntülər
Azərbaycanlı MMA döyüşçüsü, yüngül çəki dərəcəsinin nümayəndəsi Nəriman Abbasovun toyu olub.
Sportline.az BAKU.WS-ə istinadən xəbər verir ki, 27 yaşlı idmançının toy mərasimi dünən keçirilib.
Toy Bakıxanov qəsəbəsində yerləşən şadlıq saraylarının birində baş tutub.
Nəriman Abbasovun toyuna yaxınları, tanınmış simalar və idmançılar da qatılıb.
Qeyd edək ki, idmançımız UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla son döyüşü zamanı ona ilk raunddaca nokautla qalib gəlib.