Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Braziliya millisinin ulduz futbolçusu Neymar 34 yaşında milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Sportline.az “Lequipe” nəşrinə istinadən  xəbər verir ki, Neymar sonuncu Dünya kuboku matçında son açıqlaması ilə yadda qalıb:

“Cəhd etdim, əlimdən gələni etdim. Artıq hər şey bitdi. Burada başlamışdım, burada da bitirirəm.” 

Beləliklə, Braziliya futbolunun ən parlaq simalarından biri olan Neymar milli komanda ilə vidalaşdı. 

Qeyd edək ki, Brazilyalı ulduz 2010-cu ildən millinin şərəfini qoruyur. O ümumilikdə çıxdığı 130 matçda 80 qolla yadda qalıb.

Banner