Neymar debüt edə biləcək?
PSJ-nin yeni transferi - Neymarın debütü bu həftə də baş tutmayacaq.
SportLine.az "France Football"a istinadən xəbər verir ki, "sambaçı"nın keçidi ilə bağlı beynəlxalq sənədlər Fransa Futbol Federasiyasına təqdim olunmayıb. Buna görə, PSJ növbəti tur "Genqam"la oyunda da Neymarın xidmətindən istifadə edə bilməyəcək.
Xatırladaq ki, Neymar 222 milyon avro müqabilində "Barselona"dan PSJ-yə keçib.