Neymar evinə qayıdır

"Əl-Hilal"ın brazilyalı ulduz futbolçusu Neymar klubdan ayrılacaq.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Santos" klubu Neymarı heyətinə qatmağı planlaşdırır.

32 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirmək istəyir.

Qeyd edək ki, Neymar "Santos" yetirməsi sayılır.