Neymar karyerasını MLS-də davam etdirə bilər

“Əl-Hilal”ın brazilyalı ulduz futbolçusu Neymar Junior karyerasını MLS-də davam etdirməyə yaxındır.

Sportline.az “Footmercato”ya istinadən xəbər verir ki, “Çikaqo” klubu Neymarı transfer etmək üçün hərəkətə keçib.

32 yaşlı futbolçu MLS-də çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Neymarın “Əl-Hilal”la müqaviləsi mövsümün sonunda başa çatacaq.