Neymar ölkəsinə geri dönür

"Əl-Hilal"ın brazilyalı futbolçusu Neymar karyerasını ölkəsində davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Neymar "Santos" klubuna transfer olacaq.

32 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 15 milyon avrodur.

Qeyd edək ki, Neymar 2009-2013-cü illər ərzində "Santos"da çıxış edib.