Neymar rəsmən PSJ-də!

Neymar rəsmən PSJ-dədir.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu “Park de Prens”də təşkil edilən tədbirdə Fransa klubu braziliyalı hücumçunu ictimaiyyətə təqdim edib.

Yeni klubunda 10 nömrəli formanı geyinəcək Neymar PSJ ilə 5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, futbolçunun keçidi fransızları 222 milyon avro xərcə salıb. Bu, futbol tarixinin ən bahalı transferidir.