"Neymar üçün qapımız həmişə açıqdır" - Ramos

Braziliyalı superulduz Neymar iş yerini dəyişə bilər. SportLine.az xəbər verir ki, bu iddia ilə goal.com saytı çıxış edib.

Mövsümün əvvəlində 222 milyon avro müqabilində "Barselona"dan PSJ-yə keçən futbolçunun Fransa paytaxtında xoşbəxt olmadığı deyilir. Xüsusilə, komanda yoldaşları ilə münasibətdə problemlər yaşayan hücumçunun mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər dolaşır. 

Məsələyə münasibət bildirən Madrid "Real"ının kapitanı isə, "Neymar üçün ən uyğun klub "Real"dır. Qapımız həmişə onun üzünə açıqdır. Onun rekord məbləğə transferi hər şeyi həll etmir. Futbol fərqli dünyadır və hər han gözlənilməz hadisələr ola bilər", - deyib.

Qeyd edək ki, Neymarın PSJ-nin baş məşqçisi Unay Emeri ilə də münasibətlərin yaxşı olmadığı bildirilir.