Neymar yenidən vətəninə qayıda bilər
"Əl-Hilal"da yaşadığı zədələrdən sonra uzun müddət meydanlardan uzaq qalan Neymar haqqında bir iddia ortaya atılıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu yenidən Braziliyanın "Santos" klubunda qayıda bilər.
Ulduz futbolçu 2023-cü ilin yayında transfer olduğu "Əl Hilal" ilə yalnız 5 oyuna çıxıb.O, bu görüşlərdə 1 qol və 3 asistlə yadda qalıb.
Qeyd edək ki, braziliyalı vinqer daha əvvəl "Barselona" və PSJ kimi klubların formasını geyinib.