Neymardan sonra Mbappe

222 milyon avro müqabilində Neymarı heyətinə qatan PSJ, daha bir böyük transfer arzusundadır. SportLine.az "France Football"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Monako"nun gənc ulduzu - Kilian Mbappeyə elçi düşüb. PSJ 18 yaşlı hücumçunun keçidi üçün 180 milyon avro ödəməyə hazırdır.

K.Mbappenin də PSJ-yə keçmək niyyətində olduğu bildirilir.