Neymarla Mbappenin taleyinə aydınlıq gəldi

PSJ-nin idman direktoru Leonardo bəyan edib ki, hücumçular Neymar və Killian Mbappe bu yay komandanı tərk etməyəcəklər.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, o deyib:

“Mbape və Neymar yaxın vaxtlarda komandanı tərk etməyəcəklər. Onların bizimlə hələ iki illik müqaviləsi var. Mbappe PSJ-nin gələcəyidir. Onunla müqaviləni uzatmaq ideal olardı”.