Neymarsız PSJ qələbə ilə başladı
Fransa I Liqasında daha bir oyun keçirilib. SportLine.az xəbər verir ki, favritlərdən - PSJ mövsümün ilk turunda "Amyen"lə qarşılaşıb. Matç paytaxt klubunun qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, PSJ-nin yeni transferi - Neymar bu oyunu azarkeş qismində izləyib. Futbolçunun keçidi yubandığından, Paris təmsilçisi onun adını iştirak ərizəsinə daxil edə bilməyib.
05 avqust 2017
I Liqa, 1-ci tur
PSJ - "Amyen" - 2:0
QOLLAR: Kavani, 42 (1:0); Pastore, 80 (2:0)