Niderland futbolunun əfsanəsi vəfat edib

Niderland millisinin sabiq futbolçusu Yohan Heskens dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, o, 73 yaşında vəfat edib. "Voetbal International"ın yaydığı məlumata görə, Əlcəzairdə səfərdə ikən onun halı pisləşib.

Həkimlərin müdaxiləsi isə heç bir fayda verməyib.

Qeyd edək ki, Heskens Niderland millisinin heyətində iki dəfə dünya çempionatının gümüş mükafatçıs olub. (1974,1978).

O, həmçinin 1976-cı ildə Avropa çempionatının bürünc medalına layiq görülüb.

Heskens Niderland millisi ilə meydana çıxdığı 49 oyunda 17 qol vurub.