Niderlandlı futbolçu "Ayaks"a qayıdıb

Azad agent statusunda olan yarımümdafiəçi Devi Klassen yenidən 'Ayaks"da çıxış edəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Amsterdam klubu 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü "İnter"də keçirən Klassen meydana çıxdığı 22 oyunda 1 qol vurub.

Qeyd edək ki, "Ayaks" klubunun yetirməsi olan Klassen daha əvvəl "Everton" və "Verdər"də çıxış edib.