"Nike" Mahir Mədətovla müqavilə bağladı

Dünyaca məşhur “Nike” şirkəti Azərbaycan yığması və “Qarabağ”ın hücumçusu Mahir Mədətovla sponsorluq müqaviləsi imzalayıb.

SportLine.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi “Feysbuk” səhifəsi xəbər yayıb. Mədətov “Nike”la müqaviləsi olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.

Ancaq müqavilənin müddəti və digər detalları açıqlanmayıb.